Antik İnşaat LTD MMC şirkəti
2008 ci ildən Azərbaycanda Almanyanın Wacker Neuson Group , türk brendi olan Göçmaksan, 2018 ci ildən etibarən Ukraynanın Ataman ,2019 cu ildən isə Çin Xalq Respublikasının brendi olan Tolsen kimi nəhəng markaların rəsmi nümayəndəsi, tərəfdaşı olaraq Azərbaycanda fəaliyyət göstərir.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda tikinti sahəsində Wacker Neuson məhsullarının analogu yoxdur . Beton sahəsinde vibratorlarimiz ,(110/220 v diesel və benzin ) torpaq kipləşdirici makinalarımız , beton və asfalt kəsən dərz kəsmə makinası , işıq qülləli generatorlarımız hansıki, 9 metr hündürlüyə qədər qalxa bilir , 100 metr məsafəni 1000 W metal halidə lampasının köməyilə günəş isığı kimi işıqlandırır. Və digər Wacker Neuson markasına aid olan makinalarımız bu gün Azərbaycanda öz gücünü göstərir.
Göçmaksan markasının məhsulları fabrik/zavod məhsuludur .
Rəsmi təmsilçisi olduğumuz Dnipro –m markası olaraq əl alətləri , qaynaq makinaları, qaynaq çubuqları və digər elektrikli benzinli alətlərini təklif edirik.Yüksək keyfiyyət və zəmanətli məhsullarımızla daim müştərilərimizin yanındayıq.
Dnipro-m markasının alt markaları olan Ataman və Foresta.
Ataman -Yüksək kefiyyətli kəsmə və yonma daşlarını təklif edirik.
Foresta - Bağ və bağçılıq avadanlıqları ilə təkminləşmişdir .
Tolsen - Çin markası olub,yüksək keyfiyyətli əl alətlərinin istehsalı və satışı üzrə təkminləşmişdir.
Bu gün biz tam əminliklə deyə bilərik: “Tikinti harda aparılırsa aparılsın, müştərilərimiz harda olurlarsa olsun, biz həmişə onların yanındayıq”. Bu cür yanaşma müştərilərin istəklərini öyrənməyə və yüksək keyfiyyətli xidmət göstərməyə imkan yaradır.
Aşağıdakı göstərilən layihələrdə bizim avadanlıqlar çalışmışdır: Heydər Əliyev adına Hava Limanı , Bakı Ağ şəhər , Port Baku , Hilton otel , Flame Towers, Soccar yeni inzibati binası , Xəyal adaları, Olimpiya stadionu və digər iri miqyaslı layihələr .
ANTIK İNŞAAT LTD MMC olaraq əsas məqsədimiz ökənin ən qabaqcıl tikinti şirkətlərindən birinə çevrilmək, daim inkişaf etmək,daha da böyük işlərə,nailiyyətlərə imza atmaqdır.